Gündəm / Siyasət / Dünya
Zaxarova: "Ermənistanın Laçın dəhlizini bəhanə edib danışıqları dayandırması əks effekt verir"

Azərbaycanla Ermənistan arasında danışıqların dondurulması əks effekt verir”.
Globalpress.az xəbər verir ki, bunu fevralın 22-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında bağlanmış üçtərəfli sazişlərə uyğun olaraq, Rusiya tərəfi ardıcıl olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına öz töhfəsini verir.
Zaxarova qeyd edib ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi və RSK Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin nizamlanması üçün ciddi səylər göstərir. Dekabrın 12-dən xeyriyyə təşkilatları ilə əməkdaşlıq çərçivəsində 2,5 tondan artıq humanitar yük daşınıb, 88 yaşayış məntəqəsində 7 humanitar aksiya keçirilib, 8 mindən çox uşağa və 800 aztəminatlı ailəyə yardım edilib.
Zaxarovanın qeyd edib ki, Bakı və İrəvanla dialoqda 9 noyabr 2020-ci il tarixli bəyanata uyğun olaraq dəhlizin tam fəaliyyətini bərpa etmək və Qarabağda humanitar vəziyyətin yaxşılaşdırılması üçün həll yolları axtarışları davam edir.
“Regionda vəziyyət nə qədər gərgin olsa da, biz bu bəhanə ilə danışıqların dondurulmasını əks-məhsuldar hesab edirik. Bu cür ritorika Cənubi Qafqazda sabitliyin bərqərar olmasını ləngidir”, – deyə Zaxarova bildirib.
O, Bakı və İrəvandakı tərəfdaşları mümkün qədər tez birgə işi bərpa etməyə çağırıb. Zaxarova xarici işlər nazirləri səviyyəsində kommunikasiyaların açılması və sərhədin delimitasiyası üzrə komissiyaların müntəzəm iclaslarının, sülh müqaviləsinin hazırlanması üzrə danışıqların yeni raundlarının təşkilinə dəstək verməyə hazır olduğunu bildirib. O, həm də vətəndaş cəmiyyəti, ekspert dairələri və parlamentarilər səviyyəsində dialoqu təşviq etməyə yardıma hazır olduqlarını qeyd edib
Daha çox xəbər:

Zaxarova: Dəhlizdən humanitar yardımlar keçir

“Bu barədə həm İrəvana, həm də Bakıya məlumat vermişik“ - Zaxarova

“Bu barədə həm İrəvana, həm də Bakıya məlumat vermişik“ - Zaxarova

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının tezliklə işə salınmasının tərəfdarıdır - Zaxarova

Lavrovun gəlişinin təfərrüatları