Gündəm / Siyasət / Dünya
Ukrayna ARƏT PA - nın iclasında iştirak etməyəcək

Ukrayna ATƏT-in Vyanada fevralın 23-24-də keçiriləcək Parlament Assambleyasında iştirak etməyəcək.
Buna səbəb Rusiya və Belarusun iştirakıdır.
Globalpress.az- ın məlumatına görə, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü, xalq deputatı Yevgeniya Kravçuk məlumat verib.
“Biz ATƏT Parlament Assambleyasının heç bir rəsmi tədbirində iştirak etməyəcəyik. Avstriya rusiyalılara 61 viza verib, burada təkcə parlamentarilər deyil, həm də xüsusi xidmət orqanlarının nümayəndələri, görüşdən fürsət kimi istifadə etməyə gələcək təbliğatçılar var”, - Kravçuk deyib.
O əlavə edib ki, ukraynalı parlamentarilər hələ də tərəfdaşlarla danışıqlar aparmaq üçün Vyanaya gedəcəklər. Həmçinin, onun sözlərinə görə, ATƏT-in iclasının keçiriləcəyi Hofburq yaxınlığında Ukrayna icmasının etiraz aksiyaları planlaşdırılır.
Daha çox xəbər:

Rusiyanın ATƏT PA-nın iclasında iştirakı qadağan oluna bilər

Seçkiləri izləmək üçün AŞPA nümayəndə heyəti gələcək

"Lukaşenko Qərblə danışıqlar aparmaq istəyir" - Arestoviç

Ukrayna Prezident Ofisi: "Referendum keçiriləcək"

Millət vəkili Tural Gəncəliyev ATƏT-də erməni deputatların yalanlarını ifşa edib