Gündəm / Cəmiyyət / Sosial
18:51, 15 Şubat 2023
0

Mehriban Əliyeva akademik Arif Paşayevi təbrik etdi

Mehriban Əliyeva akademik Arif Paşayevi təbrik etdi


Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesabında Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib.
Globalpress.az xəbər verir ki, paylaşımda deyilir:


“Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhval-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca Allah bütün valideynləri qorusun!”.
Digər xəbərlər: