Gündəm / Hadisə / Dünya
Lionel Messi zəlzələdən zərər çəkənlərə dəstək çağırışı etdi
Argentinalı ulduz futbolçu Lionel Messi "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) başlatdığı yardım kampaniyasına dəstək çağırışı edib.
Globalpress.az bu barədə TRT-yə və futbolçunun sosial media hesabına istinadla xəbər verir.
Messi sosial mediada UNICEF-in internet səhifəsində müvafiq səhifənin linkini paylaşaraq yazıb:
"Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli bir gündür. Ürəyim onlarladır. UNICEF hələ çox əvvəldən bölgədə uşaqları qorumaq üçün çalışır. Sizin köməyiniz əvəzsizdir”.
Qaydaya görə, yardım çağırışı edənlər əvvəlcə özləri bu məqsədlə UNİSEF-ə müəyyən məbləğ ianə edirlər. Məbləğ açıqlanamasa da, ciddi media xəbərləri bunun 70 milyon tl - 3.7 milyon dollar oldğunu deyir.
Daha çox xəbər:

Messi və Pike ayaqsız uşağın arzusunu həyata keçirib - VİDEO

Dünya şöhrətli sənətçilər Türkiyə üçün yardım toplayırlar

Messi Ronaldunun rekordunu qırıb

Angelina Coli zəlzələ ilə bağlı çağırış edib: “Yardımınıza ehtiyacımız var”

Xorvatiyanın futbolçusu: Azərbaycanlı futbolçu bizə Messi kimi qol vurdu