Gündəm / Dünya / İdman
12:06, 19 Eylül 2022
0

Messi Ronaldunun rekordunu qırıb

Messi Ronaldunun rekordunu qırıb


Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunun rekordunu qırıb.
Globalpress.az məlumatına görə, 35 yaşlı hücumçu buna "Lion"u səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Liqa 1-in VIII tur oyununda nail olub.

5-ci dəqiqədə yeganə qolun müəllifi olan argentinalı oyunçu karyerasında penaltilər istisna olmaqla 672-ci dəfə fərqlənib. Təcrübəli forvard 671 dəfə rəqib qapılarına yol tapan Ronaldunu geridə qoyub.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. Hücumçunun klubla müqaviləsi 2023-cü ildə başa çatmalıdır.
Digər xəbərlər: