Gündəm / Hadisə / Dünya
20:30, 11 Şubat 2023
0

Türkiyə və Ermənistan sərhədi 35 il sonra ilk dəfə açıldı - FOTOLAR

Türkiyə və Ermənistan sərhədi 35 il sonra ilk dəfə açıldı - FOTOLAR


Mərkəzi Kahramanmaraşda olan və 10 vilayətdə baş verən zəlzələlər səbəbilə qonşu ölkələrdən Türkiyəyə yardımların çatdırılması davam edir. Bu dəfə Ermənistanla sərhəd qapısı 35 ildən sonra zəlzələ üçün açılıb.

Globalpress.az xəbər verir ki, İğdırda yerləşən Ermənistan və Türkiyə arasındakı “Alican” sərhəd-keçid məntəqəsi 35 ildən sonra Kahramanmaraş zəlzələlərindən zərər çəkmiş insanlara yardım çatdırmaq üçün açılıb.

Türkiyə və Ermənistan sərhədi 35 il sonra ilk dəfə açıldı - FOTOLAR




Ermənistanın nümayəndə heyəti təbii fəlakət bölgəsi üçün hazırlanmış 5 yük maşını ilə “Əlican” körpüsünə gəlib.Burada İğdır şəhərinin Fəlakət və Fövqəladə Hallar üzrə Müdiri Burhan Çöllü və digər hərbi rəsmilər tərəfindən qarşılanan erməni heyəti rəsmi prosedurlardan sonra zəlzələ bölgəsinə buraxılıb.



Qeyd edək ki, “Alican” sərhəd-keçid məntəqəsi sonuncu dəfə 1988-ci ildə Ermənistanda baş verən zəlzələdə açılıb. Belə ki, həmin vaxt Türk Qızıl Aypara Cəmiyyətinin topladığı yardımlar buradan keçirilərək fəlakət bölgələrinə göndərilib.


Digər xəbərlər: