Gündəm / İqtisadiyyat / Dünya
Paşinyan: Azərbaycanla kommunikasiyaların açılması ticarət dövriyyəsini artıracaq
Regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzv ölkələri ilə ticarət dövriyyəsinin həcmini artıracaq.
Globalpress.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı”nda çıxışı zamanı deyib.
O, Ermənistanın birliyin digər ölkələri ilə Gürcüstandan keçən yeganə quru yolu ilə əlaqə saxladığını söyləyib.
“Aydındır ki, imkanlar məhduddur və Azərbaycan ərazisindən keçən avtomobil və dəmir yolları marşrutlarının açılması Ermənistan və Avrasiya İqtisadi Birliyi arasında ticarət dövriyyəsinin həcmini xeyli artıracaq”, – o deyib
Daha çox xəbər:

“Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq“ - Prezident “Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq“ - Prezident

Paşinyandan Naxçıvan mesajı: Bu, vacibdir!

Ərdoğan: "Zəngəzur dəhlizinin açılması Ağrı vilayətinin əhəmiyyətini artıracaq”

Azərbaycan lideri Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərdən danışıb: "Bütün işlər 2024-cü ildə tamamlanacaq"

Azərbaycan deputatları Paşinyanla görüşdülər