Gündəm / Cəmiyyət / Sosial
Jurnalistin media reyestrindən keçməsi üçün niyə 3 il tələb olunur: RƏSMİ AÇIQLAMA
Media reyestrindən keçmək üçün 3 il jurnalist fəaliyyətinin tələb olunması peşəkarlıq prinsipinə görədir.
Globalpress.az xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyəti və MEDİA rəhbərliyinin iştirakı ilə Mətbuat Şurasında keçirilən toplantıda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
“Dünən jurnalistika fakültəsini bitirən birini reyestrdən keçirmək düzgün olmaz. Bunun üçün müəyyən təcrübə lazımdır. Yoxsa kimsə imtiyazlardan faydalanmaq üçün hansısa media subyektlərində qeydiyyatdan keçə bilər. Lakin qısa müddət sonra jurnalistika ilə məşğul olmayacaqlarsa, deməli, onların reyestrdən keçirilməsi peşəkar jurnalistlərə münasibətdə ədalətli yanaşma olmaz”, - Əhməd İsmayılov reyestrdən keçmək üçün minimum 3 illik əmək fəaliyyətinin olması məsələsinə aydınlıq gətirərkən qeyd edib.
Daha çox xəbər:

Əhməd İsmayılov: Jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər

Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcək

Əhməd İsmayılov Media Reyesterinin yaradılmasından danışıb

Əhməd İsmayılov jurnalist vəsiqəsi ilə bağlı media nümayəndələrinə çağırış edib

İpoteka bu jurnalistlərə şamil ediləcək