Gündəm / Cəmiyyət / Sosial
Sabahdan kamera vasitəsilə də cərimə yazmaq OLACAQ
İnzibati Xətalar Məcəlləsinə bu gün edilən və sabahdan qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazmaq olacaq.
Globalpress.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, cərimə yazmaq səlahiyyəti yalnız DYP-yə aiddir.
O, edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyətinin ləğv edildiyini bildirib. Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti qalır.
Daha çox xəbər:

BNA dayanma və ya durma qaydalarının pozulmasına görə cərimə edə bilməyəcək

BNA dayanma və ya durma qaydalarının pozulmasına görə cərimə edə bilməyəcək

Hərbi gəmilərin istismarı qaydalarını pozanlar üçün cərimə və cəzalar müəyyənləşir

"Zeytun" aptekə cərimə protokolu yazılıb

Azərbaycanda inzibati məsuliyyətdən azad etmənin xüsusi halı müəyyənləşib