Gündəm / Siyasət / Cəmiyyət
Bloger və jurnalistlərin l Forumu keçirilib
"Yeni trendlər və gənclər" bloger və jurnalistlərin l Forumu keçirilib.
Globalpress.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan forumda müxtəlif sahələr üzrə məşhur olan 100-dən çox bloger və jurnalist iştirak edib.
Forum dövlət himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov forumun işinə uğurlar arzulayıb.
Forumda müxtəlif istiqamətlər üzrə sosial media mövzusunda mövcud vəziyyət müzakirə edilib, təkliflər dinlənilib. Maraqlı ideya və təkliflərlə çıxış edən bloger və jurnalistlər onları narahat edən məsələlər haqqında məlumat veriblər.
Tədbirdə nazir müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev də iştirak ediblər.
Daha çox xəbər:

Fərid Qayıbovun müavininin qızı Nazirliyin tədbirində “ilin ən yaxşısı” seçildi

Fərid Qayıbovun müavininin qızı Nazirliyin tədbirində “ilin ən yaxşısı” seçildi

Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctima Birliyinin üzvləri ilə görüşüb

Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevaya gimnastika növlərinin inkişafında görülən işlərə görə öz minnətdarlığımı bildirirəm - Fərid Qayıbov

Sumqayıtda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb