Gündəm / Siyasət / Dünya
13:09, 30 Ocak 2023
0

Ermənistan Avropa missiyasından imtina etməsə, KTMT missiyasını görməyəcək...

Ermənistan Avropa missiyasından imtina etməsə, KTMT missiyasını görməyəcək...


Ermənistan Avropa Birliyinin 2 illik və 200 nəfərlik missiyasının göndərilməsinə razılıq verəndən sonra Rusiya-Ermənistan münasibətləri daha da kəskinləşib. İki gün əvvəl Rusiya XİN rəsmi bəyanat yaydı.

Globalpress.az xəbər verir ki, bəyanatda deyilir ki, Ermənistan KTMT missiyasının gəlişi istiqamətində işlərin məntiqi sonunu gözləmədən Avropanın xeyrinə seçim etdi, əgər erməni müttəfiqlər KTMT potensialından istifadə etməkdə hələ maraqlıdırlarsa, missiya göndərilə bilər. Bu fikir əslində Ermənistana rəsmi və açıq mesajdır ki, Avropa Birliyinin missiyasından imtina etməsəniz, KTMT missiyasını görməyəcəksiniz. Belə olmasaydı bəyanatda bu da deyilməzdi ki, Avropa Birliyi Rusiyanı Ermənistandan sıxışdırmaq və özü orada möhkəmlənmək istəyir.

Bəyanatda başqa bir maraqlı məqam da var. Deyilir ki, bölgədə sülh və təhlükəsizlik üçün əsas amil sülhməramlı kontingent və 102-ci bazadır, Avropa müşahidəçilərinin davranışlarına yerindəcə cərəyan edən prosesdən asılı olaraq reaksiya veriləcək.

Bu isə o deməkdir ki, Paşinyanın ölkəyə gətirdiyi müşahidəçilərin xoşagəlməz davranışları rus əsgərləri tərəfindən qətiyyətlə qarşılanacaq.

200 nəfərlik Avropa missiyasının əsasən istefada olan fransız zabitlərdən ibarət olacağını da nəzərə alsaq, Rusiyanın narahatlığının çox ciddi olduğunu görmək olar.

Ermənistanda Avropa müşahidəçiləri ilə rus əsgərlərinin toqquşması qaçılmaz olacaq
Digər xəbərlər: