Gündəm / Cəmiyyət / Sosial
Bunu etməyənlər aprelin 1-dən 12 min manat cərimələnəcək
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikləri təsdiqləyib.
Məcəlləyə əsasən, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.
Qeyd olunan xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 min manatdan 2 min 500 manatadək, hüquqi şəxslər 9 min manatdan 12 min manatadək məbləğdə cərimə ediləcək.
Qanun 2023-cü il aprelin 1-dən qüvvəyə minəcək.
Daha çox xəbər:

Azərbaycanda telefonların IMEI nömrəsini dəyişənlər 12 min manat cərimələnəcək

Cəriməsi 1000 manat olan qadağa qüvvəyə mindi - DİQQƏT

Media azadlığından və jurnalist hüququndan sui-istifadə etmə sahəsində yeni məsuliyyət müəyyənləşir.

İcra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə yeni cərimələr müəyyənləşir

Borcu ödəməyənlərin nəzərinə