Gündəm / Siyasət / Cəmiyyət
Prezident: Ermənistanla sülh müqaviləsi mütləq imzalanmalıdır
“Biz işğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Hələ ki, sülh əldə edilməyib”.
Globalpress.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzalanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər”, - Prezident İlham Əliyev vurğulayıb.
Daha çox xəbər:

İlham Əliyev: “Biz bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər”

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏND

Prezident: Biz sülh istəyirik, biz müharibə istəmirik

İlham Əliyev: BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir

Prezident İlham Əliyev: "Minsk qrupu ilə bağlı spekulyasiyalar sülh üçün dağıdıcı təsirə malikdir"