Gündəm / Siyasət / Cəmiyyət
Prezident: Biz sülh istəyirik, biz müharibə istəmirik
Prezident: Biz sülh istəyirik, biz müharibə istəmirik
“Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır”.
Globalpress.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında deyib.
Dövlət başçısı bildirib ki, əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq: “Ondan sonra nə olacaq, onu həyat göstərər. Dediyim bütün bu sözlərin bir mənbəyi var - həm bizim güclü iradəmiz, həm də Vətən müharibəsindəki Qələbəmiz! Bu Qələbə imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik. Buna görə, əziz hərbçilər, sizə borcluyuq, sizin kimi on minlərlə əsgər, zabitə borcluyuq və Azərbaycan xalqı bunu yaxşı bilir. Mən də Ali Baş Komandan kimi sizinlə fəxr edirəm
Daha çox xəbər:

İlham Əliyevin erməni xalqına MÜRACİƏTİ

İlham Əliyev: “Biz bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər”

Azərbaycan ədavətə, nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyir" - Prezident

Prezident İlham Əliyev: "Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, biz bir neçə ay ərzində sülh sazişini imzalaya bilərik

İlham Əliyev: “Səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı”