Gündəm / Siyasət / Cəmiyyət
20:34, 26 Ocak 2023
0

İcma: "Qərbi Azərbaycana qayıdacaq insanların təhlükəsizliyi üçün əraziyə beynəlxalq sülh missiyası yeridilməlidir"

İcma: "Qərbi Azərbaycana qayıdacaq insanların təhlükəsizliyi üçün əraziyə beynəlxalq sülh missiyası yeridilməlidir"


Qərbi Azərbaycana qayıdacaq insanların təhlükəsizliyini təmin etmək üçün qayıdış olacaq ərazilərə müvafiq mandatla beynəlxalq sülh missiyası yeridilməlidir.

Globalpress.az- ın məlumatına görə, bu barədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında bildirilib.

Qeyd edilib ki, həmin missiya Qərbi Azərbaycan İcmasının etibar etdiyi ölkələrin qüvvələrindən ibarət olmalıdır.

Bildirilib ki, qayıdış prosesi müvafiq zəmanətləri və verifikasiya mexanizmləri olan beynəlxalq hüquqi təminat çərçivəsində baş verməlidir.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yanvarın 26-da keçirilən iclasında “Qayıdış Konsepsiyası”nın layihəsi təsdiq edilib. "Qayıdış Konsepsiyası” əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək olan “Qərbi Azərbaycan İcması”nın bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir.

Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Digər xəbərlər: