Gündəm / İqtisadiyyat / Dünya
15:53, 15 Ocak 2023
0

Putin Rusiya iqtisadiyyatındakı vəziyyəti sabit adlandırıb

Putin Rusiya iqtisadiyyatındakı vəziyyəti sabit adlandırıb


Rusiya prezidenti Vladimir Putin ölkə iqtisadiyyatındakı vəziyyəti sabit kimi qiymətləndirib.

Globalpress.az xəbər verir ki, “Moskva.Kreml.Putin proqramı” üçün “Rossiya-1” telekanalına müsahibəsində o, əldə olunan nəticələrin təkcə Rusiya rəqiblərinin proqnozlarından deyil, həm də ölkə rəhbərliyinin gözləntilərindən yaxşı olduğunu vurğulayıb.

“İqtisadiyyatda vəziyyət sabitdir, üstəlik, bu, nəinki rəqiblərimizin, hətta bizim proqnozlaşdırdığımızdan qat-qat yaxşıdır. Bütövlükdə vəziyyətimiz nəinki sabitdir, hətta məncə, kifayət qədər qənaətbəxşdir”- deyə, o bildirib.

V. Putin vurğulayıb ki, Rusiyada əsas makroiqtisadi göstəricilərdən biri - işsizlik tarixi minimum səviyyədədir:

“İnflyasiya gözlənildiyindən aşağıdır və ən əsası, azalma tendensiyası var. Hesab edirəm ki, bu ilin birinci rübünün nəticələrinə görə, bugünkü 11,9 faizdən 5 faizə yaxınlaşa bilər. Bu isə insanların layiqli həyat səviyyəsini təmin etmək, onların real gəlirlərini təmin etmək üçün çox mühüm göstəricidir”.
Digər xəbərlər: