Gündəm / Cəmiyyət / Sosial
20:56, 13 Ocak 2023
0

Elşad Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verildi

Elşad Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verildi


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.


Globalpress.az - ın məlumatına görə bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, E.Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib.

Qeyd edək ki, E.Hacıyev indiyədək polis mayoru rütbəsini daşıyıb.

O, 2020-ci ildən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır.
Digər xəbərlər: