Gündəm / Siyasət / Dünya
İran parlamentinin sədri Bakıya gələcək
Çərşənbə axşamı İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İran və Azərbaycan Respublikası arasında son anlaşılmazlıqların həllinə işarə edərək, gələcəkdə Bakıya səfər edəcəyini açıqlayıb.
Globalpress.az xəbər verir ki, bu barədə İRNA xəbər agetliyi məlumat verib.
Qalibaf Türkiyənin Antaliya vilayətində keçirilən Asiya Parlament Assambleyasından Tehrana dönərkən tədbirin nəticəsi ilə bağlı sualları cavablandırarkən deyib: “Son zamanlar Azərbaycan Respublikası ilə İran İslam Respulikası arasında müəyyən anlaşılmazlıqlar yaranmışdı və bu məsələlər artıq öz həllini tapır. Gələcəkdə Bakıya gedəcəm və belə görüşlərin davam etdirilməsi qərara alınıb”, - deyə o qeyd edib.
İran parlamentinin sədri Asiya Parlament Assambleyası çərçivəsində Azərbaycan Respublikası və Türkiyə parlamentlərinin sədrləri ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcəyini açıqlayıb.
“Azərbaycan və Türkiyə ilə üçtərəfli görüşdə tranzit və yük və enerji daşımaları ilə bağlı məsələlər də müzakirə olunub”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin tikintisi ilə bağlı danışıqlar aparılıb: “Biz xarici işlər nazirləri, müdafiə nazirləri və yüksək rütbəli rəsmilər səviyyəsində üçtərəfli görüşlər keçirmək barədə razılığa gəldik”, - deyə o, yekunlaşdırıb
Daha çox xəbər:

İrandan mühüm açıqlama - Azərbaycanla problemlər həll olundu

İran parlamentinin sədri Azərbaycana səfər edəcək

İran XİN sözçüsü Tehran-Bakı münasibətlərindən danışdı

Bakıda İran, Azərbaycan və Rusiya üçtərəfli görüşü keçiriləcək

Azərbaycan Prezidentinin Tehrana, mənim də Bakıya səfər etmək planlarımız var” - Rəisi