Gündəm / Siyasət / Dünya
Paşinyan Rusiyanın təklif etdiyi sülh sazişinə RAZILIQ VERDİ
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə münasibət bildirib.
Globalpress.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Paşinyan sülhməramlılar haqqında fikirlərinin tənqidi olmadığını bildirib.
"Biz Rusiya sülhməramlılarını tənqid etmirik, narahat olduğumuzu bildiririk. Bu narahatlıqların uzun tarixi var. Mən bu məsələləri Rusiya Federasiyasının sülhməramlı kontingentinin komandiri ilə deyil, onun ali baş komandanı ilə müzakirə edirəm və bu, düzgün formatdır", - deyə o qeyd edib.
Paşinyan hansı halda Azərbaycanla sülh müqaviləsinin imzalanmayacağını da açıqlayıb:
"Sənəd Ermənistanın maraqlarına cavab verməsə, ondan imtina ediləcək. Razılaşmanın hazır olması barədə mütləq məlumat verəcəyimə əmin edirəm. Amma hələlik heç bir xəbər yoxdur. İrəvan sazişin mətni ilə bağlı öz şərhlərini Bakıya göndərib, lakin hələ də cavab almayıb. Ermənistan müqavilə bağlamağa hazırdır və əlindən gələni edəcək. Sənədin imzalanması yaxşı xəbər olacaq, çünki bu, tərəflərin öz maraqlarını balanslaşdıra bildiklərini ifadə edəcək. Amma indi problem sənədin məzmununda deyil, onun həyata keçirilməsi mexanizmindədir", - deyə baş nazir bildirib.
O bəyan edib ki, Ermənistan tərəfi sülh müqaviləsini Moskvanın təklif etdiyi əsasda imzalamağa hazırdır, həm də Qərb ölkələrinin təkliflərinə baxıla bilər.
Paşinyan, həmçinin KTMT-lə münasibətlərdən də danışıb. O vurğulayıb ki, Ermənistan KTMT ilə müttəfiqlik münasibətlərini institusional əsasda qurmaq istəyir: "Amma KTMT məsuliyyət zonasının harada olduğunu demədikdə, bu, Ermənistan üçün fundamental problem yaradır. KTMT-nin məsuliyyət sahəsini dəqiqləşdirmək lazımdır, bundan sonra təşkilatla münasibətlər institusionallaşa bilər".
Bundan əlavə, Ermənistan baş naziri Jurnalistlər Birliyinin çağırışına cavab verib: "Bütün jurnalistlərin çağırılmaması logistika problemi ilə bağlıdır. Ermənistanda mətbuat orqanlarının sayı gündən-günə artır. Bu qədər jurnalisti yerləşdirmək lazımdır. Əgər siz etiraz etməsəniz, gələn dəfə sizsiz - onlarla konfrans keçirərik. Yalnız müxalif jurnalistlər üçün".
Daha çox xəbər:

"Rusiyanın təklifləri əsasında Azərbaycanla müqavilə imzalamağa HAZIRAM" -

Nikol Paşinyan: “Dağlıq Qarabağın statusu məsələsi yoxdur”

Ermənistan TŞ-nın katibi: “Azərbaycanla imzalanacaq sülh müqaviləsinin 2 mətni var”

Paşinyandan ŞOK AÇIQLAMA: “İstənilən vaxt hazırıq”

Paşinyandan ŞOK AÇIQLAMA: “İstənilən vaxt hazırıq”