Gündəm / Cəmiyyət / Sosial
18:27, 09 Ocak 2023
0

Ekspert taksilərin qiyməti qaldırmasına haqq qazandırdı

Ekspert taksilərin qiyməti qaldırmasına haqq qazandırdı


Ötən gecədən başlayaraq Bakı və Abşeron yarımadasında qar yağır. Qarın yağması özü ilə bəzi problemlər gətirib ki, bunlardan biri də nəqliyyatla bağlıdır.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, qarın yağmasından sonra taksilərdə gediş haqqı artırılıb. Belə ki, xidmtə taksilərində əvvəl 3-5 manat arası dəyişən məsafə üçün 20-30 manat gediş haqqı tələb edilib. Bu da sərnişinlərin narazılığına səbəb olub.

Globalpress.az xəbər verir ki, məsələ ilə bağlı yerli KİV lərə danışan nəqliyyat və yol məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, taksi qiymətlərinin artımı başadüşüləndir:

“Qarlı havada avtomobillərin yanacaq sərfiyyatı artır. Çünki avtomobil asta sürətlə hərəkət edir, eyni zamanda qarda təkərlər boşuna fırlanır. Ümumilikdə, yollarda vəziyyət təhlükəli və risklidir. Belə olan halda taksi qiymətlərinin əvvəlki günlərdən fərqli olması başadüşüləndir”.

Ekspert taksilərin qiyməti qaldırmasına haqq qazandırdı


Ekspert bildirib ki, qiyməti artırarkən insaflı davranmaq lazımdır: “Artım riskə uyğun olmalıdır. Yoxsa “heç kim yoxdur, mən qiyməti 10 manata yüksəldim” fikri qətiyyən düzgün deyil”.

Taksi fəaliyyətinə cəlb olunan nəqliyyat vasitələrinin qışa hazır olmasına gəlincə, Ə.Hüseynov deyib: “Minik avtomobilini qışa hazırlamaq təkcə taksi sürücüləri üçün vacib deyil, hər kəs qışa hazırlıqlı olmalıdır. Ancaq buna görə heç bir tədbir görülə bilməz. Çünki qanunvericilikdə bununla bağlı prosedur müəyyən edilməyib. Ən yaxşısı hazır olmayan avtomobillərin yola çıxmamasıdır.
Digər xəbərlər: