Gündəm / Dünya / Sosial
18:11, 09 Ocak 2023
0

Yola butulka atanlara AĞIR cərimə MƏBLƏĞİ

Yola butulka atanlara AĞIR cərimə MƏBLƏĞİ


Rusiyada İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdən sonra təhlükəsizlik kameralarında növbəti tənzimləmə aparılıb.
Globalpress.az xəbər verir ki, söhbət “məişət və istehsalat tullantıları ilə bağlı ekoloji tələblərin pozulması” adlı 8-ci maddənin tətbiqindən gedir. İndi yol kənarına zibil boşaldan, və ya pəncərədən yola əşya atan sürücülər qeydə alınaraq cərimələnəcək.
Yeni qaydaya görə minik avtomobilindən kənara əşya atmaq 30 000 rubl (730 AZN) cərimə ilə cəzalandırılacaq. Yük avtomobilindən yol kənarına zibil boşaltmağa görə fiziki şəxslər 75 000 (1823 AZN) , hüquqi şəxslər isə 200 000 rubl (4860 AZN) ödəməli olacaq.
Yeni qaydalar yanvarın 11-də qüvvəyə minəcək.
Digər xəbərlər: