Gündəm / Cəmiyyət / Hadisə
14:14, 09 Ocak 2023
0

Azərbaycanda iki polis dəm qazından boğularaq ölüb

Azərbaycanda iki polis dəm qazından boğularaq ölüb


Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib.

Globalpress.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.

"Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsinə başsağlığı veririk, səbr diləyirik", - məlumatda qeyd edilib.
Digər xəbərlər: