Gündəm / Cəmiyyət / Sosial
BNA paytaxt yollarında avtobusların hərəkəti ilə bağlı məlumat yaydı
Bakı Nəqliyyat Agentliyinin (BNA) gördüyü tədbirlər nəticəsində səhər saatlarında bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxışı təmin edilib.
Globalpress.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək, eləcə də yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb. Bu məqsədlə Agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır.
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 54 müntəzəm marşrut xətti üzrə 188 avtobusun hərəkət intervalında gecikmələr var.
Paytaxtın Yeni Yasamal Əsəd Əhmədov küçəsi, “Günəşli” qəsəbəsi D massivi, Biləcəri dairəsi, Xocahəsən dairəsindən Moskva prospekti istiqamətində, 9-cu mikrorayon ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində müəyyən çətinliklə müşahidə olunur.
Daha çox xəbər:

Bakıda bu istiqamətlərdə avtobusların hərəkəti gecikir

Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI

BNA: "48 müntəzəm marşrut xətti üzrə gecikmələr var"

Bu marşrut xətti üzrə gediş haqqı ARTIRILDI

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücülərə müraciət edib.