Gündəm / Siyasət / Dünya
18:36, 05 Ocak 2023
0

Putin Ərdoğana Ukrayna ilə dialoq üçün şərtini - AÇIQLADI

Putin Ərdoğana Ukrayna ilə dialoq üçün şərtini - AÇIQLADI


Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Moskvanın Ukrayna ilə bağlı dialoqa açıq olduğunu bildirib.

Globalpress.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, Putin bunun üçün əsas şərtin Kiyevin Rusiyanın əvvəllər səsləndirdiyi tələbləri yerinə yetirməsi olduğunu deyib.

“Vladimir Putin Rusiyanın ciddi dialoqa açıq olduğunu bir daha təsdiqləyib. Bir şərtlə ki, Kiyev hakimiyyəti məlum və dəfələrlə səsləndirilən tələblərə əməl etsin və yeni ərazi reallıqlarını nəzərə alsın”, – Kremldən bildiriblər.

Bundan başqa, Putin Ərdoğanla söhbəti zamanı Qərbin Kiyevi silahla yükləmək, həmçinin məlumat və hədəf təyinatını təmin etmək istiqamətindəki dağıdıcı roluna da toxunub.
Digər xəbərlər: