Gündəm / Siyasət / Hadisə
Putin şərtini açıqlayıb: "Moskvanın tələbləri yerinə yetirilsə, əməliyyat dayandırılacaq"
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib ki, Ukraynadakı hərbi əməliyyatın dayandırılması yalnız Moskvanın tələblərinin yerinə yetirməsi şərtilə mümkündür.
Globalpress.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Rusiya silahlı qüvvələri mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi həyata keçirir, zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilir", - məlumatda deyilir.
Söhbət zamanı Putin Rusiya tərəfinin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğunu təsdiqləyib.
"Ümid edilib ki, danışıqların planlaşdırılan növbəti raundu zamanı Ukrayna nümayəndələri yaranan reallıqları tam nəzərə alan daha konstruktiv yanaşma nümayiş etdirəcəklər", - mətbuat xidməti əlavə edib.
Daha çox xəbər:

Ərdoğanla Putin Cənubi Qafqazı müzakirə etdilər

İlham Əliyevlə Putin arasında telefon danışığı olub

Ərdoğan Putin və Zelenskiyə üçtərəfli görüş keçirməyi təklif etdi

Əliyev və Putin sərhəddəki vəziyyətlə bağlı əlavə tapşırıqlar verəcəklər- YENİLƏNİB

İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub