Gündəm / Cəmiyyət / Hadisə
12:59, 30 Aralık 2022
0

MN: "Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər və Daşkəsəndəki mövqelərini atəşə tutub"

MN: "Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər və Daşkəsəndəki mövqelərini atəşə tutub"


Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb...
Dekabrın 29-u axşam saatları və gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Qaraiman yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Globalpress.az xəbər verir ki,bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müdafiə Nazirliyindən bildirilib ki, baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Digər xəbərlər: