Gündəm / Siyasət / Dünya
“Ümid edirəm ki, Ermənistan bundan xəbərdardır”
“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün üçtərəfli razılaşmaların bütün spektrlərini işə salıb”.
Globalpress.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə Rusiyanın Ermənistanı dəstəkləmək üçün hansı tədbirlər gördüyünə dair sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, üçtərəfli bəyanatlar İrəvanla Bakı arasında münasibətlərin nizamlanması prosesinin irəliləyişi üçün etibarlı zəmindir:
“Həm Ermənistan, həm Azərbaycanla müttəfiqlik öhdəliklərimizi nəzərə alırıq. Bu səbəbdən də, vasitəçi olaraq bu funksiyanı səmərəli şəkildə yerinə yetirməyə imkan verən mövqe tuturuq. Çox ümid edirəm ki, Ermənistan bundan xəbərdardır”.
Daha çox xəbər:

Zaxarova: “Ümid edirik ki, Brüssel üçtərəfli razılaşmaları reallaşdırmağa kömək edəcək”

Rusiya XİN: “Delimitasiya prosesi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına imkan verəcək”

Astanada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başlayıb

Zaxarova: “Rusiya Cənubi Qafqaza dair səylərini davam etdirir“

"Aİ Azərbaycanla sərhəddə müşahidə missiyasını uzatsa..." - Zaxarova