Gündəm / Cəmiyyət / Sosial
16:23, 28 Aralık 2022
0

Dövlət hesabına göstərilən xidmət üçün vəkillərə ödəniş olunmalıdırmı?

Dövlət hesabına  göstərilən  xidmət  üçün  vəkillərə  ödəniş  olunmalıdırmı?


" Vəkil və vəkillik fəaliyyəti haqqında " Azərbaycan Respublikası Qanununun 20 - ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir.
Ölmüş, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardım göstərilməsi də məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikanın dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq İcra Hakimiyyəti tərəfindən müəyyən edilir, yəni Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Tutulmuş şəxs tərəfindən müvəqqəti saxlanma yeri üzrə ərazidə yerləşən vəkil qurumlarından fərdi qaydada fəaliyyət göstərən vəkillər sırasından Vəkillər Kollegiyasının müəyyən olunmuş qaydada tərtib olunmuş növbətçilik siyahısına uyğun olaraq vəkil dəvət olunur və tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqavilə bağlanır.
Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan tutulmuş şəxsə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərən növbətçi vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.
Bundan əlavə müəyyən proseslər var ki, vəkilin iştirakı məcburidir, yəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 67 - ci maddəsinə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə haqqında yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə haqqında yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
67.2- ci maddənin tələblərinə görə bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu halda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda məhkəmə aktını qəbul etmiş, məhkəmə işində iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.
Kassasiya və əlavə kassasiya qaydasında şikayət etmək istəyən şəxsin vəsaiti yoxdursa, vəkil tutmağa, onda o məhkəməyə müraciət edir, konkret olaraq Apelyasiya Məhkəməsinə müraciət edir və Apellyasiya Məhkəməsi yazılı müraciət əsasında ona vəkil təyin etməlidir və həmin vəkilə kassasiya və əlavə kassasiya şikayəti verməlidir.
Belə hallarda vəkilə görə ödənişlər dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Bizim qanunvericilikdə belə məsələlər bu qaydada təsdiq olunub.
Digər xəbərlər: