Gündəm / Cəmiyyət / Sosial
16:57, 26 Aralık 2022
0

Azərbaycanda 8 TV-yə xəbərdarlıq edilib

Azərbaycanda 8 TV-yə xəbərdarlıq edilib


Audiovizual yayımçılara edilən xəbərdarlıqlar və tətbiq olunan sanksiyalar açıqlanıb.

Globalpress.az Report-a istinadla xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov məlumat yayıb.

Onun sözlərinə görə, 8 televiziya kanalına xəbərdarlıq edilib.

O bildirib ki, 4 dəfə efir dayandırılması sanksiyası tətbiq edilib: "Televiziyada aparılan monitorinq zamanı 323 pozuntu aşkar edilib ki, bunun da 184-ü reklamla bağlı olub. Radioda 78 pozuntu olub və bunun da 50-si reklamla əlaqəlidir. Hər aşkar olunan pozuntularla bağlı daxili bildiriş göndərilib.

Misal olaraq, radiolarda Dövlət Himninin səsləndirilməsi ilə bağlı bəzən texniki problemlər də olur. Belə pozuntu üçün efirin dayandırılması nə dərəcə düzgün olar? Əgər bu hal 1 həftə ərzində təkrarlansa, o zaman ciddi sanksiya tətbiq edilə bilər".
Digər xəbərlər: