Gündəm / İqtisadiyyat / Cəmiyyət
Əhaliyə sevindirici xəbər - Yanvarın 1-dən...
Yanvarın 1-dən malların gömrükdən buraxılışı daha da sürətləndirilir. Ona görə də artıq əvvəlki kimi ölkəyə gətirilən və ölkədən çıxarılan mallar günlərlə gömrükdə saxlanmayacaq.
Bu məsələ Milli Məclisin komitə iclasında müzakirə edilən "Gömrük tarifi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihədə gömrük orqanına daxil olan müraciətə maksimum bir gün müddətində baxılmasının təmin olunması təklif olunur.
Millət vəkili Vüqar Bayramov hesab edir ki, təklif edilən məsələlər sahibkarların idxal və ixrac xərclərinin, eləcədə idxal və vaxt itkisinin sayını azaldacaq.
Digər bir təklif isə malların çıxarılması üçün gömrük prosedurları zamanı sənədlərin tam elektronlaşdırılmasıdır. Təklifə əsasən, əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir.
Daha çox xəbər:

Prezidentdən gömrüklə bağlı TƏKLİF - 1 gün müddətində..

Azərbaycanda təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad ediləcək.

Xaricdən gətirilən avtomobillər üçün gömrük ödənişləri artırılıb? - RƏSMİ

Əli Əsədov qərar İMZALADI - Bu məhsullar gömrük rüsumundan azad edildi

Nazirlər Kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq