Gündəm / Siyasət / Cəmiyyət
21:00, 08 Aralık 2022
0

Səfir “France-24”ün Qarabağdakı separatçıların tör-töküntülərinin “rəhbəri”ndən müsahibə almasını qınayıb

Səfir “France-24”ün Qarabağdakı separatçıların tör-töküntülərinin “rəhbəri”ndən müsahibə almasını qınayıb


Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France-24” telekanalının Qarabağdakı erməni separatçılarının tör-töküntülərinin “rəhbəri” Araik Arutyunyandan müsahibə götürməsinə münasibət bildirib.

Globalpress.az ın məlumatına görə , diplomat tviterdə yazıb ki, dünyanın tanımadığı qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “France-24" tərəfindən yayımı separatizmin təbliğinə təkan verir.

“Bu, eyni zamanda, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur”, - L.Abdullayeva qeyd edib.
Digər xəbərlər: