Gündəm / Siyasət / Hadisə
Leyla Abdullayeva: Ermənistanın davamlı olaraq qeyri-konstruktiv yanaşma sərgiləməsi onun əsl niyyətini üzə çıxarır
Leyla Abdullayeva: Ermənistanın davamlı olaraq qeyri-konstruktiv yanaşma sərgiləməsi onun əsl niyyətini üzə çıxarır
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin Qarabağa qaz təminatı ilə bağlı ölkəmizə qarşı irəli sürdüyü növbəti əsassız iddiasına münasibət bildirib.
Globalpress.az xəbər verir ki, Leyla Abdullayeva bununla bağlı deyib: “Ermənistan Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycan ərazisində keçirilən tədbirdə iştirakı, indi isə digər bir mövzu ilə bağlı Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir.
Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır.
Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqazidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin, beləliklə, regional sülhə və əmin-amanlığa töhfə versin.
Daha çox xəbər:

Rəsmi Bakı: “Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib”

Rəsmi Bakıdan Ermənistan baş nazirininin müavininin təxribatçı bəyanatına CAVAB

Rəsmi Bakı Şuşa ətrafındakı erməni təxribatı barədə məlumat yaydı

AZƏRBAYCAN ERMƏNİSTANA HANSI ŞƏRTLƏRİ İRƏLİ SÜRÜB?

XİN: “ASALA üzvü Ambik Sassunyanın həbsdən azad edilməsini pisləyirik”