Gündəm / Cəmiyyət / Sosial
18:39, 08 Aralık 2022
0

Müharibə əlillərinə verilən birdəfəlik ödəmənin MƏBLƏĞİ AÇIQLANDI

Müharibə əlillərinə verilən birdəfəlik ödəmənin MƏBLƏĞİ AÇIQLANDI


1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir. Bu il avqustun əvvəlindən başlanan proqram üzrə qeyd olunan kateqoriyaya aid artıq 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib.

Globalpress.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.

Bildirilib ki, onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib.

Birdəfəlik ödəmə ilə təminat proqramı üzrə bu günədək ödənilən vəsait isə 105,7 milyon manat təşkil edir.

E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat mövcud olan şəxslərə birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.
Digər xəbərlər: