Gündəm / İqtisadiyyat / Cəmiyyət
“Günəşli” neft yatağında baş verən faciədən yeddi il keçir
Bu gün “Günəşli” yatağında baş verən faciədən yeddi il ötür.
Globalpress.az xəbər verir ki ,2015-ci il dekabr ayının 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. 2020-ci ilin may ayında daha üç neftçinin cəsədi dənizdən tapılıb.
Xatırladaq ki, qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib.
Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.
SOCAR-ın rəsmi açıqlamasında bildirilmişdi ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa ucbatından zədələnib və nəticədə yanğın baş verib.
Daha çox xəbər:

“Günəşli”dəki qəzada itkin düşən neftçilərdən ikisinin cəsədi 4,5 il sonra tapıldı - FOTO

Xəzər dənizində baş verən qəza ilə bağlı - RƏSMİ AÇIQLAMA

ABŞ-da kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb

Nazir müavini Bakıda dəhşətli yanğın baş verən ərazidə

Zelenski Ukraynada matəm elan edib