Gündəm / Siyasət / Cəmiyyət
Türkiyəli jurnalist çap mediası subyektlərinin nümayəndələri üçün təlim keçib
Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən təşkil edilən peşəkar inkişaf layihələrinin davamı olaraq çap mediası subyektlərinin nümayəndələri üçün DHA, “Hürriyet” qəzetinin xəbər koordinatoru Fırat Karadenizin iştirakı ilə təlim keçirilib.
Bu barədə MEDİA-dan məlumat verilib.
Bildirilib ki, təlimdə Fırat Karadeniz “Çap mediasında yeni texnologiyaların tətbiqi: innovativ biznes modelləri, müasir inkişaf tendensiyaları”, “Çap mediasında yayımlanan məzmunun yeni formatlara uyğunlaşdırılması”, “Müasir oxucunun tələblərinə uyğun məzmunun təqdimatı” mövzularında təcrübəsini bölüşüb, təlim iştirakçılarının suallarını cavablandırıb.
Qarşılıqlı fikir mübadiləsi ilə zəngin olan təlimdə yeni media mühitində çap mediası subyektlərinin konvergensiya prosesinin aktiv iştirakçısına çevrilməsinin və çap mediasının müasir standartlara uyğunlaşdırılmasının əhəmiyyəti xüsusilə vurğulanıb.
Daha çox xəbər:

Yeni yaranacaq media subyektlərinin reyestrə daxil olma şərtləri açıqlanıb

Kağız idxalının ƏDV-dən azad edilməsi çap mediasının səmərəli fəaliyyətinə əhəmiyyətli təsir göstərəcək - Səidə Şəfiyeva

Azərbaycan mediası islahatların yeni mərhələsinə qədəm qoyub” - Əhməd İsmayılov

Natiq Məmmədli: “ƏDV-nin ləğvi çap mediasının inkişafına müsbət impuls verəcək”

MEDİA çap məhsullarının ƏDV-dən azad edilməsi ilə bağlı qərara münasibət bildirdi