Gündəm / Cəmiyyət / Hadisə
10:56, 20 Kasım 2022
0

Qarakənd Faciəsi

Qarakənd Faciəsi


Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Görüşün səbəbi Qarabağ müharibəsi və hansı xalqın (Azərbaycan türkləri və ya ermənilər) sıxışdırıldığı məlum edilməsi idi. Bu səbəbdən də həmsədrlər razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər.
1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.
Rayon komendantı Nikolay Jinkinin müavini, polkovnik Vladimir Kuşnarikin 1991-ci il noyabrın 18-də tərtib etdiyi və Bakı ilə razılaşdırılmış siyahısına "Aşanak" kolxozunun Heyvandarlıq Birliyinin sədri Emil Balayan, Vladimir Kuşnarikin özü, beynəlxalq erməni diasporu (əsasən Fransa və Kaliforniya erməni kilsələri) tərəfindən maliyyələşdirilən "Krunk" təşkilatının Dağlıq Qarabağdakı ideoloqlarından Oleq Yeseyan, "Yevkrapa" cəmiyyətinin maliyyə məsələlərinə baxan, onun Livan erməni diasporu ilə əlaqələndiricisi Leonard Petrosyan, zabit Tatavis Baqramyan və bir də qərara alınmışdı ki, Azərbaycan Xalq Cəbhəsinin Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Xocalı, Əsgəran rayon şöbələrinin liderləri və onların Bakı nümayəndəsi daxil olsun. Məşvərət lentə alınmalı və respublika televiziyasının "Günün ekranı" xəbərlər proqramında göstərilməli idi. Saat 13:40 dəqiqədə Ağdam hava limanına verilən xəbərdən sonra bu adamlar helikopterə minmirlər. Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz polkovnik Georgi Septa çatdırır. 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır. Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin rütbəli məmurları salınır. Siyahıya Viktor Polyaniçkonun başçılıq etməsi qüvvədə qalır. Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil salınır. Tofiq İsmayılov tərtib olunmuş siyahıya başçılıq etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclası keçirməliydi. Yeni siyahını Ayaz Mütəllibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləyir. Siyahıdakıların bəzilərinə hazırlıq üçün telefon zəngləri olunur. Dağlıq Qarabağa gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendanta və Moskvaya göndərilir. Qrupun Dağlıq Qarabağ ərazisindəki fəaliyyətinə isə üçlük nəzarət edir — Dağlıq Qarabağ təhlükəsizlik rəisi, polkovnik Georgi Septa, hərbi komendantın müavini, polkovnik Vladimir Kuşnarik və Xocavənd milis rəisi, polkovnik Oleq Osenov.
1991-ci il noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki helikopterin 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mİ-8 N69 helikopteri əsas helikopter olmalı, onu iki nəfər - 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi. İkinci helikopter - Mİ-8 N72 isə birincini müşaiyət etməli idi. Amma ikinci helikopter müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır. Bəzi araşdırmalarda göstərilir ki, 1991-ci ilin noyabrın 20-də helikopteri idarə edən 26 saylı Mİ-8 helikopterini idarə edən kapitan Gennadi Domov adlı pilot 1984-cü il martın 26-da Əfqanıstanda Cəlalabadın "İslam cəmiyyəti"-nin Mömin Camalxanın dəstəsi tərəfindən idarə etdiyi Mİ-8 helikopteri ilə birgə vurularaq öldürülüb.
Həmin ərəfədə Gülablı və Yenikənd istiqamətlərində hərbi maşınlarda qurulmuş (M-16-26 və MS-22-22 nömrəli) və Ağdam, Xocalı hava limanlarının uçuş və enmə zolaqlarını nəzarətə götürən radarlar vasitəsilə saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə uçan Mİ-8 N72 helikopterin rabitə əlaqələri kəsilir. Qırılmış rabitə ilə bağlı ilkin məlumatlar Xocavənd istiqamətində ötürülür. Lakin törədilən faciə haqqında ilkin məlumat təqribən altı saatdan sonra verilir. Ağdam, Xankəndi və Xocavənd hərbi birləşmələrinin komandanlığı susurdu.
Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb. Lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı. Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin "qəza" kimi şərhini verdi. Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı.
Qarakənd Faciəsi


Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
İlkin olaraq Azərbaycanın nümayəndə heyətinin məlumatına görə, cəsədlərdən 12-si tam şəkildə tanınırdı, 3-cü qismən tanınırdı, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edildi. İsmət Qayıbovun oğlu İsmayıl Qayıbovun sözlərinə görə, ilk və son dəfə onun atası ailə üzvlərinə vida etməmişdi. 
Rusiyanın İTAR-TASS agentliyindən DQMV-nin komandirin xüsusi sahəsi istinadına görə, helikopter dumanlı havada qayalara çırpılmışdı. 1991-ci ildə The New York Times-da nəşr olunan məqalədə qeyd olunur ki, helikopter heyətinin üzvü Sovet televeziyasına "biz heç nə görmürük" və "buludlar qatıdı" olduğunu deyib. Lakin istintaq zamanı, helikopterdə raket partlayışına müvafiq gövdə deşikləri aşkar olunmuşdu.
Həlak olanların dəfni 1991-ci ildə noyabrın 22-də Bakıda keçirilib.
Qarakənd Faciəsi
Qarakənd Faciəsi
Qarakənd Faciəsi
Qarakənd Faciəsi
Qarakənd Faciəsi
Qarakənd Faciəsi
Qarakənd Faciəsi
Qarakənd Faciəsi
Qarakənd Faciəsi
Qarakənd Faciəsi
Qarakənd Faciəsi






Vaqif Mütəllimov
Digər xəbərlər: