Gündəm / İqtisadiyyat / Cəmiyyət
Müavinətlərin növlərinin artırılması I oxunuşda qəbul edilib
Parlament Azərbaycanda müavinətlərin növlərinin artırılmasını I oxunuşda qəbul edib.
Bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklə birdəfəlik müavinətlərin növləri siyahısına “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət” daxil edilir.
Bununla da azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 5 il müddətində birdəfəlik müavinət veriləcək.
Qeyd edək ki, hazırda birdəfəlik müavinətlərin aşağıdakı növləri var:
1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;
2. uşağın anadan olmasına görə müavinət:
3. dəfn üçün müavinət.
Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Daha çox xəbər:

Müavinətlərin növlərinin artırılması I oxunuşda qəbul edilib

Azərbaycanda uşağın anadan olması və dəfnə görə verilən müavinətlərin artırılması təklif edilir

İcbari tibbi sığorta xidmətlərinin daha 1 il vergidən azad edilməsinə dair layihə I oxunuşda qəbul edilib

Siqaret, qəlyan və əvəzedicilərinin qiyməti Milli Məclisdə müzakirə edildi

Milli Məclis kağız və kitabın ƏDV-dən azad olunmasını I oxunuşda qəbul edib