Gündəm / Cəmiyyət / Sosial
19:53, 05 Kasım 2022
0

DİN Zəfər Günü ilə bağlı vətəndaşlara müraciət edib

DİN Zəfər Günü ilə bağlı vətəndaşlara müraciət edib


Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü ilə bağlı vətəndaşlara müraciət edib.

Globalpress.az ın əldə etdiyi məlumatda bildirilib ki, elan edilən istirahət günlərində polis əməkdaşları tərəfindən ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə qorunması, insanların rahat və maneəsiz hərəkətlərini təmin etmək, onların mənzil başına sağ-salamat çatması və möhtəşəm qələbə bayramını xoş əhval-ruhiyyədə keçirməsi üçün bütün lazımi tədbirlər görüləcək.

Bununla yanaşı vətəndaşlar üzləşdikləri hər hansı neqativ hallarla bağlı gücləndirilmiş iş rejimində xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər
Digər xəbərlər: