Gündəm / Cəmiyyət / Sosial
MEDİA ASAN Radio ilə birgə “Smart media” rubrikasına başlayır
Medianın İnkişafı Agentliyi (MEDİA) ASAN Radio ilə birgə media savadlılığının artırılması məqsədilə “Smart media” rubrikasına başlayır.
Bu barədə Globalpress. az MEDİA-dan məlumat əldə edib.
Bildirilib ki, qlobal informasiya mühitinin əsas anlayışlarından olan media savadlılığı ilə bağlı məlumatlılığın artırılması üçün bu gündən etibarən həm ASAN Radio-nun dalğasında səsləndirilən çarxlar, həm də sosial media hesablarımızda paylaşılan postlar vasitəsilə mövzu ilə əlaqədar əsas suallar cavablandırılacaq.