Gündəm / Cəmiyyət / Sosial
İlham Əliyev Çinarəni səhnəyə dəvət etdi -
Ötən gün Zəngilanda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə baş tutan “Dost Aqropark”ın açılış mərasimində müğənni Çinarə Məlikzadə də səhnəyə çıxıb.
Globalpress.az xəbər verir ki, sənətçi tədbirdə 4 mahnı səsləndirib.
Daha sonra prezident İlham Əliyev Çinarəni nəzərdə tutaraq “Dəvət edək, bir şəkil çəkdirək” deyə bildirib.
Səhnəyə çıxan Çinarə Məlikzadə prezidentlərə təşəkkür edib. Daha sonra o, sosial media hesabında bunları yazıb:
“Dost Aqropark”ın açılış mərasimində sənətçi olaraq yalnız mənim iştirakım çox qürurverici idi. Bu sevgi və dəvətə görə, şirkətin rəhbəri Mehmet Zeki Tuğrula təşəkkür edirəm. Şükürlər olsun ki, bu gün tarixi torpaqlarımızda, o cümlədən, Zəngilanda bu cür mərasimlər keçirilir. Buna görə şəhidlərimizə, qazilərimizə, ümumilikdə əsgər qardaşlarımıza və Ali Baş Komandanımıza minnətdarıq!
Ali Baş Komandanımız, cənab prezidentimiz İlham Əliyev və daim Azərbaycana qardaşlıq nümayiş etdirən cənab Rəcəb Tayyip Erdoğanla eyni tədbirdə iştirak etməyin məmnunluğunu yaşayıram! Yaşasın, Türkiyə-Azərbaycan dostluğu!”
Daha çox xəbər:

Yenidən qardaş Türkiyədə olmağımdan çox məmnunam" - İlham Əliyev

İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul etdi - FOTO

İlham Əliyev “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB

Azərbaycan və Türkiyə prezidentlərinin Konyada görüşü olub 10 Avqust 2022 07:00Baxış: 1 074 Share on WhatsApp Share on Telegram Share on Facebook Share on Twitter

Psixoloji müalicə alan müğənni səhnəyə qayıtmayacaq