Gündəm / Cəmiyyət / Sosial
Məktəblərdə şagirdlərin davranış pozuntularının ağırlıq dərəcəsi təsnifatlara bölünüb
Məktəblərdə şagirdlərin davranış pozuntularının ağırlıq dərəcəsi təsnifatlara bölünüb.
Globalpress.az xəbər verir ki, Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, həmin təsnifatlar davranış pozuntularının ağırlıq dərəcəsini təyin edəcək.
O bildirib ki, şagird davranış qaydaları ümumtəhsil məktəbləri üçün çərçivə xarakteri daşıyır:
"Bu qaydalar əsasında məktəblər özləri də daxili qaydaları tərtib edə bilərlər. Nizamnamədə onlara bu səlahiyyət verilib. Məqsəd şagirdlərin bütün davranış qaydalarını nazirlikdən idarə etmək deyil".
Həmin səviyyələr aşağıdakılardır:
1-ci səviyyə: Yüngül səviyyəli qayda pozuntuları
Üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq və s.
2-ci səviyyə: Orta səviyyəli qayda pozuntuları
Məsələn, yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlükısizlik qaydalarını pozmaq (Məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək), başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s.
3-5-ci səviyyə: Ciddi və ağır qayda pozuntuları
Başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s.
Daha çox xəbər:

Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlər üçün cəza tədbirləri müəyyənləşib - SİYAH

Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə təhsil alan şagirdlərin sayı AÇIQLANDI - RƏSMİ

Məktəblərdə hazırlıqlara başlanıldı - FOTO

Təhsil naziri: "Bəzi müəllimlər məktəbdə başqa işlərlə məşğul olurlar"

Təhsil şöbələri ləğv ediləcək?