Gündəm / Cəmiyyət / Sosial
Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir - VİDEO
Bu gün Azərbaycan Gimnastika Federasiyası (AGF) yenidən qurulmasının 20 illiyini qeyd edir.
Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2002-ci il oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə uğurlu inkişafın əsası qoyulub. Həyata keçirilən məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində beynəlxalq əlaqələr qurulub, respublikamızda gimnastika idman növündə yüksək nailiyyətlər əldə olunub, AGF dünyada ən fəal quruma çevrilib. Həmin dövrdən sürətli inkişaf yoluna qədəm qoymuş AGF-nin fəaliyyətinə hazırda 9 gimnastika növü daxildir.
Azərbaycan milli gimnastika məktəbinin yetirmələrinin Olimpiya Oyunlarında iştirakı, dünya və Avropa çempionatlarında medalların qazanılması, federasiya tərəfindən ölkəmizdə ən nüfuzlu qitə və dünyamiqyaslı gimnastika yarışlarının yüksək səviyyədə təşkili federasiya rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir.
Bu gün paytaxtla yanaşı, respublikamızın bölgələrində də gimnastika təbliğ və inkişaf etdirilir. Hazırda 26 rayon və şəhərdə gimnastika bölməsi fəaliyyət göstərir.
Bu uğurların nəticəsidir ki, AGF 6 il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlandırılan 10 milli federasiyanın reytinq siyahısında yer alıb və son illərdə bu siyahıya liderlik edib.
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi, gimnastikaya göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan dünyanın gimnastika mərkəzinə çevrilib.
Daha çox xəbər:

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçılarının podium məşqləri keçirilib

Bədii Gimnastika üzrə 35-ci Avropa Çempionatı

Braziliyalı məşqçi: "Azərbaycan Gimnastika Federasiyası öz işini əla görür"

Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevaya gimnastika növlərinin inkişafında görülən işlərə görə öz minnətdarlığımı bildirirəm - Fərid Qayıbov

Dünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı