Gündəm / Cəmiyyət / Sosial
Nazirlikdən şəhidlə bağlı yayılan arayışa REAKSİYA
Sosial şəbəkələrdə şəhid Səbuhi Əhmədova “şəhid”, ailəsinə isə “şəhid ailəsi statusu”nun verilməsi ilə bağlı arayış yayılıb.
Globalpress.az xəbər verir ki, bu, izləyicilər tərəfindən şəhidin qardaşı Sənan Əhmədovun şəhidin ailəsi olaraq tanınması kimi qəbul edilib.
ƏƏSMN-in Sosial Xidmətlər Agentliyi həmin arayışla bağlı açıqlama yayıb. Bildirilib ki, qeyd edilən sənəd “Şəhid” və şəhidin ailəsinə “Şəhid ailəsi” statusunu müəyyən edən şablon arayış formasıdır: “Göründüyü kimi bu Arayışda şəhidimizin hər hansı bir ailə üzvü barədə məlumat yazılmayıb.
Şəhidin ailə üzvü kimi rəsmi statusun tanınması “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.
Qanunvericilikdə bu güzəştlərdən şəhidin:
- həyat yoldaşı;
- valideynləri;
- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları;
- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;
- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;
- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.
Şəhidimizin qardaşı Sənanın 27 yaşı olduğundan sözügedən qanunveriliklə imtiyazlı kateqoriyadan olan şəxs hesab olunmur.
Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir. Bu mövzunu konteksdən çıxaran, səhv mövqedən tirajlayan, Şəhid adının müqəddəsliyinə və dövlətin şəhid ailələrinə qayğısını kölgə altına salmaq cəhdlərini pisləyirik”, - açıqlamada qeyd olunur.
Daha çox xəbər:

Prezidentdən şəhid ailələri və qazilərlə bağlı FƏRMAN

2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyin olundu

Tələbə adını qazanmış şəhid ailəsi üzvlərinə və qazilərə pul mükafatı verildi - FOTO

Şəhid XTQ kapitanının övladı dünyaya gəldi

Polis şəhidin anım günü tədbirinin çəkilişlərinə mane olub? - AÇIQLAMA