Gündəm / Siyasət / Dünya
13:42, 05 Haziran 2022
0

Qazaxıstanda referendum baş tutdu - YENİLƏNİB

Qazaxıstanda referendum baş tutdu - YENİLƏNİB


Globalpress.az xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyası məlumat yaylb.

Seçici fəallığı 50%-lik həddi keçib və 7 saatlıq səsvermədə 53,43% təşkil edib.

Qeyd edək ki,

Konstitusiyaya əlavə və dəyişikliklərə uyğun olaraq, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəlik orqanlarının rolu əhəmiyyətli dərəcədə gücləndirilir, insan hüquqları sferası sistemli şəkildə gücləndirilir, Konstitusiya Məhkəməsi yenidən yaradılır, ölüm cəzası birdəfəlik ləğv olunur və ölkənin birinci lideri Nursultan Nazarbayevin statusu ilə bağlı müddəalar çıxarılır.

09:16

Qazaxıstanda ümumrespublika referendumu başlayıb.

Globalpress.az TASS-a istinadən xəbər verir ki, ölkə vətəndaşları Konstitusiyanın 33 maddəsinə 56 dəyişikliyin edilməsi məsələsi ilə bağlı səs verəcəklər.

Səsvermə üçün 10 013 seçki məntəqəsi açılıb. Referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahısına 11 milyon 722 min 536 nəfər daxil edilib.

Bundan əlavə, Qazaxıstan Xarici İşlər Nazirliyi 52 ölkədə 65 məntəqə yaradıb. Burada 11 mindən çox Qazaxıstan vətəndaşı səs verməsi nəzərdə tutulur.

Səsvermə yerli vaxtla 20:00-dək aparılacaq
Digər xəbərlər: