Gündəm / Siyasət / Cəmiyyət
Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin adları açıqlanıb - SİYAHI
Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin adları açıqlanıb - SİYAHI
Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Toplantıda üç məsələ müzakirəyə çıxarılıb.
Birinci məsələ ilə əlaqədar məlumat verilib ki, müxtəlif media təmsilçiləri qurultayı işıqlandırmaq istəyən jurnalistlərin ali məclisdə iştirakı ilə bağlı suallar ünvanlayırlar. Onların sərbəst fəaliyyətlərinin təmin edilməsi şərtdir. Bu zaman qurultayın keçirilmə yerinin imkanları nəzərə alınmalıdır. Təşkilat Komitəsi ali məclisi işıqlandıracaq jurnalistlərin ayrıca qeydiyyatının aparılmasını məqbul sayıb.
Belə ki, KİV-lər bununla bağlı [email protected] e-mailinə 23 sentyabr 2022-ci il saat 15.00-dək yazılı məlumat göndərməlidirlər. Məlumatda qurultayda jurnalist kimi iştirak edəcək əməkdaşların adları qeyd edilməlidir. Məlumat KİV-in rəsmi blankında olmalı, möhür və imza ilə təsdiqlənməlidir. Telekanallar 3, gündəlik qəzetlər və informasiya agentlikləri 2, digər informasiya resursları isə qurultayı işıqlandıracaq 1 nümayəndə göndərə bilərlər.
İclasda müzakirəyə çıxarılmış ikinci məsələ MŞ İdarə Heyətinə namizədlərin siyahısı olub. Təşkilat Komitəsi yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib.
Bildirilib ki, qurultayda MŞ İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcəkdir. Namizədlərin siyahısı onların topladıqları səs sayına görə aşağıdakı kimidir:
Jurnalist namizədlər
№
Ad, soyad
Vəzifəsi
Topladığı səs
1
Rəşad Məcid
“525-ci qəzet”in baş redaktoru
103
2
Vüqar Rəhimzadə
“İki sahil” qəzetinin baş redaktoru
72
3
Vüsalə Mahirqızı
APA Holdinqin rəhbəri
66
4
Elçin Mirzəbəyli
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru
65
5
Aydın Quliyev
“Bakı xəbər” qəzetinin baş redaktoru
64
6
Hacıbəy Heydərli
“Azxeber.com” saytının baş redaktoru
63
7
Azər Həsrət
“Bayraqdar.info” saytının baş redaktoru
62
8
Akif Aşırlı
“Şərq” qəzetinin baş redaktoru
57
9
Rauf Arifoğlu
“Yeni Müsavat” Media Qeupunun rəhbəri
54
10
Alqış Musayev
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru
51
11
Fuad Hüseynəliyev
“Report” İnformasiya Agentliyinin baş direktoru
49
12
Aynur Camalqızı
Teleqraf Holdinqin rəhbəri
43
13
Qalib İbrahimoğlu
“Bakıvaxtı.az” saytının baş redaktoru
42
14
Vasif Həsənli
“Demokrat.az” saytının baş redaktoru
39
15
Emin Musəvi
“ASAN radio”nun direktoru
37
16
Səadət Məmmədova
Televiziya jurnalisti
36
17
Fərid Şahbazlı
“Editor.az” saytının baş redaktoru
36
18
Səbuhi Abbasov
“7news.az” saytının baş redaktoru
35
19
Niyaz Niftiyev
“Xezernews.az” saytının baş redaktoru
35
20
Rafail Becanov
“Cümhuriyyət” qəzetinin baş redaktoru
30
21
Elşad Eyvazlı
“Modern” Media Qrupun rəhbəri
25
22
Afiq Mirzəbəyli
“Reytinq” qəzetinin baş redaktoru
23
23
Aqil Ələsgər
“Yeni Çağ” Media Qrupunun rəhbəri
23
24
Aqil Camal
“Türküstan” qəzetinin baş redaktoru
22
25
Bəhruz Quliyev
“Səs” qəzetinin baş redaktoru
17
26
Yunus Oğuz
“Olaylar” qəzetinin baş redaktoru
17
27
Məğrur Əliyev
“Təbib” qəzetinin baş redaktoru
17
28
Zahir Əzəmət
“Qaynar.info” saytının baş redaktoru
14
İctimaiyyətdən olan namizədlər
1
Əflatun Amaşov
Mətbuat Şurasının sədri
112
2
Müşfiq Ələsgərli
Jurnalistlərin Həmkarlar İttifaqının sədri
82
3
Yadigar Məmmədli
Demokratik Jurnalistlər Liqasının sədri
66
4
Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədri
62
5
Umud Rəhimoğlu
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
58
6
Qulu Məhərrəmli
BDU Jurnalistika fakültəsinin professoru
57
7
Vüqar Zifəroğlu
BDU jurnalistika fakültəsinin dekanı
48
8
Fərid Pərdəşünas
“Technote Media” şirkətinin icraçı direktoru
45
9
Natiq Məmmədli
Medianın İnkişafı Agentliyinin şöbə müdiri
36
10
Mətin Məmmədli
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru
34
11
Müsəllim Həsənov
Bakı Media Mərkəzinin əməkdaşı
33
12
Şəmsəddin Əliyev
“Polisə dəstək” İctimai Birliyinin sədri
28
13
Yeganə Hacıyeva
Politoloq, Gənc Demokratlar İnstitutunun sədri
27
14
Bəhruz Məmmədzadə
“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini
25
15
Vüsalə Hüseynli
İslahatçı Qadınlar və İnnovasiylar İctimai Birliyinin sədri
23
16
Azər Sarıyev
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı
18
17
Nadir İsmayılov
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri
14
18
Xanoğlan Əhmədov
“Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri
13
İclasda qurultay nümayəndələrinin siyahısı da nəzərdən keçirilib. TK-nın qərarına əsasən siyahı 23 sentyabr 2022-ci il tarixində Mətbuat Şurasının presscouncil.az saytında yerləşdiriləcəkdir.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində (Ünvan Neftçilər prospekti 30, Dənizkənarı Milli Park) keçiriləcəkdir. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaqdır. Saat 10.00-da qurultay işinə başlayacaqdır.
Daha çox xəbər:

Jurnalistlərin VIII qurultayında 70-dək təşkilat iştirakını təsdiqləyib

Jurnalistlərin qurultayı Muğam Mərkəzində keçiriləcək

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Bankıın İdarə Heyətinə yeni üzvlər təyin edildi

Azərbaycan Qran-prisinin yeni tarixi açıqlanıb - SİYAHI