Gündəm / Cəmiyyət / Sosial
Qazi polkovnikin övladına kobudluq edən məktəb direktoruna TÖHMƏT VERİLDİ
Vətən Müharibəsi iştirakçısı, qazi polkovnik Elşən Umarovun övladının təhsilini davam etdirməsi üçün Bakı şəhəri 227 nömrəli tam orta məktəbə müraciəti zamanı məktəb direktoru Sevinc Hüseynova tərəfindən ona qarşı kobud rəftar edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılıb.
İdarədən verilən xəbərə görə, araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Sevinc Hüseynovaya əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, vətəndaş qəbulu qaydalarına uyğun vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna və müəllim nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə intizam tənbehi kimi töhmət verilib.
Qeyd edək ki, sentyabrın 19-da BŞTİ rəhbərliyi qazi polkovnik Elşən Umarovla görüşüb və övladının təhsili üçün yaradılmış şəraitlə bağlı söhbət aparılıb.
Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.
Daha çox xəbər:

Şagirdin ölümünə görə direktor işdən çıxarıldı, müavini isə...

Topçu Vüsalı təhqir edən direktor cəzalandırıldı - FOTO

Polis özünə ad günü keçirən məktəb direktorunu cəzalandırdı

Korrupsiyaya yol vermiş orta məktəb direktoru ifşa edilib - Baş Prokurorluq

Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə təhsil alan şagirdlərin sayı AÇIQLANDI - RƏSMİ