Gündəm / İqtisadiyyat / Sosial
Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq
Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.
Globalpress.az ın“Azəriqaz"a istinadən verdiyi məlumata görə, aksiya "Facebook" və "Instagram" (azerigas_ib) sosial şəbəkələri üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.