Gündəm / Siyasət / Dünya
Türkiyə Yunanıstanla bağlı beynəlxalq təşkilatlara məktub ünvanlayıb
Türkiyə Yunanıstanla bağlı beynəlxalq təşkilatlara məktub ünvanlayıb.
Globalpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun imzaladığı məktubda Yunanıstanla Egey dənizindəki mübahisəli məsələlərdən bəhs edilir.
Məktubda Egey dənizində ərazi sularının və milli hava məkanının eni, kontinental şelf və ərazi sularının məhdudlaşdırılması, şərq adalarının qeyri-hərbi statusunun pozulması kimi bir sıra problemlərin olduğu bildirilir. Həmçinin Egey dənizində Yunanıstanın suverenliyinə daxil olmayan adalar və qayaların olduğu vurğulanır.
Sənəd Avropa İttifaqının 25 üzv ölkəsinə, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə, NATO-nun baş katibi Yens Stoltenberqə, BMT-nin baş katibi Antonio Quterreşə göndərilib.
Türkiyə hesab edir ki, Egey dənizi ilə bağlı məsələlər iki ölkənin əsas hüquq və qanuni maraqlarının qarşılıqlı tanınması ilə beynəlxalq hüquq çərçivəsində həll edilə bilər.
Daha çox xəbər:

Saziş pozuldu: Ankara 9 adanı tələb edə bilər? - Professor

NATO baş katibi: “Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşməliyik

NATO baş katibi: “Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşməliyik

Ceyhun Bayramovun məktubu BMT Təhlükəsizlik Şurasının sənədləri siyahısında

BMT-nin Baş katibi: “Növbəti pandemiyalara hazırlaşmaq lazımdır” - FOTO