Gündəm / Siyasət / Dünya
20:18, 29 Ağustos 2022
0

SON DƏQİQƏ: “3+3” regional formatı çərçivəsində yeni görüş bu ölkədə keçiriləcək – AÇIQLAMA

SON DƏQİQƏ: “3+3” regional formatı çərçivəsində yeni görüş bu ölkədə keçiriləcək – AÇIQLAMA


3+3 regional formatı çərçivəsində növbəti görüş ilin sonuna qədər İranda keçiriləcək .

Globalpress.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.


Onun sözlərinə görə, 3+3 formatı region ölkələri üçün müxtəlif təşəbbüsləri birgə həyata keçirmək və fəaliyyətləri əlaqələndirmək üçün yaxşı imkanlar açır:

“Bu format çərçivəsində biz regiondakı problemləri dialoq yolu ilə həll edə bilərik. Biz regionda vəziyyətin normallaşması istiqamətində irəliləyiş görürük”, – deyə səfir vurğulayıb.

Xatırladaq ki, 2021-ci il dekabrın 10-da Moskvada 3+3 Məşvərətçi Regional Platformasının ilk iclası keçirilib. İclasa Rusiya xarici işlər nazirlərinin müavinləri Andrey Rudenko, Azərbaycan tərəfdən Xələf Xələfov, Ermənistan tərəfdən Vahe Gevorkyan, Türkiyə tərəfdən Sedat Önal, həmçinin İran Xarici İşlər Nazirliyinin baş direktoru Əlirza Xaqiqyan rəhbərlik ediblər. Gürcüstanın da dəvət olunduğu nümayəndə heyəti isə görüşdə iştirakdan çəkinib.

Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani bildirib ki, Tbilisi 3+3 formatında iştirak etməyi planlaşdırmır.
Digər xəbərlər: