Gündəm / İqtisadiyyat / Cəmiyyət
19:46, 23 Ağustos 2022
0

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin vəzifələri artırıldı

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin vəzifələri artırıldı




Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin vəzifələri artırıldı

Prezident İlham Əliyev “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 19 mart 2019-cu il tarixli fərmanında dəyişiklik edib.



Globalpress.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.



Fərmana əsasən, Komitənin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Bakı şəhəri ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində də yol və mühəndis-kommunikasiya xətləri üçün trasları müəyyən etmək, səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına dair rəy hazırlamaq vəzifələri verilib.



Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Digər xəbərlər: